Bu ayın sonunda Yupiter son 70 ildə ilk dəfə Yer kürəsinə maksimal yaxın məsafədə yerləşəcək

Bu ayın sonunda Yupiter son 70 ildə ilk dəfə Yer kürəsinə maksimal yaxın məsafədə yerləşəcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

NASA-nın verdiyi məlumata əsasən Yupiter planeti 26 sentyabr tarixində müxalif vəziyyətində olacaq və bu da öz növbəsində Günəş sisteminin ən böyük ölçülü bu planetini izləmək üçün əlverişli şərait yaradacaq. Qeyd etmək lazımdır ki, bu və ya digər kosmik obyektin müxalif vəziyyəti kosmik obyektin şərqdə yüksəlişi, Günəşin isə qərbdə enişi zamanı baş tutur. Nəticədə müşahidə edilən kosmik obyekt və Günəş Yer kürəsinin əks tərəflərində yerləşirlər. Yupiter planetinin müxalif vəziyyəti hər 13 aydan bir baş tutur.

    Bunun sayəsində sözügedən planet ilin digər vaxtları ilə müqayisədə daha böyük və parlaq görünür. Lakin bu ayın sonunda Yupiter həmçinin son 70 ildə ilk dəfə Yer kürəsinə maksimal dərəcədə yaxın məsafədə yerləşəcək. Yupiterin bizim planetə maksimal dərəcədə yaxınlaşması onun müxalif vəziyyəti ilə çox nadir hallarda üst-üstə düşür. Bu isə o deməkdir ki, bu il Yupiterin daha gözəl görüntülərini aydın şəkildə görmək mümkün olacaq. Məlumatda qeyd edilib ki, 26 sentyabr tarixində Yupiter Yer kürəsindən 587 milyon km məsafədə yerləşəcək.

Müqayisə üçün qeyd etmək lazımdır ki, planetlərarası ən uzun məsafə 966 milyon km təşkil edir. Astronomlar bildiriblər ki, qeyd edilmiş tarixdə yaxşı keyfiyyətli binokl vasitəsilə Yupiterin zolaqlarını və 3 peykini görmək imkanı ola bilər. Həvəskar teleskopun istifadəsi ilə isə planetin səthindəki böyük qırmızı ləkəni görmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, Yupiterin səthində olan böyük ölçülü məşhur qırmızı ləkə əslində Günəş sisteminin ən böyük atmosfer burulğanıdır. Sözügedən nəhəng qırmızı ləkə 1665-ci ildə kəşf edilib. Bu atmosfer burulğanının uzunluğu 40 000-50 000 km, eni isə 13 000-16 000 km təşkil edir./technote