Britaniya hökumətinin müsəlmanlara qarşı ayrı-seçkiliyi ilə bağlı yeni hesabat

Britaniya hökumətinin müsəlmanlara qarşı ayrı-seçkiliyi ilə bağlı yeni hesabat

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu yaxınlarda Böyük Britaniyada 2005-ci ildə Londonda törədilən partlayışlardan sonra ilk dəfə təqdim edilən “Prevent” kimi tanınan ekstremizmə qarşı mübarizədə Britaniya hökumətinin çoxmilyonluq strategiyasını qiymətləndirən yeni hesabat dərc olunub.

Britaniya hökuməti strategiyanın tənqidini rədd edərək, planın 2012-ci ildən bəri insanları qoruyan terrorla mübarizə işinin mühüm hissəsi olduğunu iddia edir.

Bir çox insanlar, təkcə ictimai fəallar və insan haqları qrupları deyil, hətta parlament üzvləri və BMT-nin xüsusi məruzəçiləri də bu faktla bağlı tənqid və narahatlıqlarını bildiriblər. Onlar deyiblər ki, bu plan, ekstremizmi dayandırmaq əvəzinə, potensial olaraq onu gücləndirir.

Bu planın qurbanları ayrı-seçkiliyin ən ağır yükünü daşıyan Britaniya müsəlman icmasıdır. Həmçinin valideynlərinin xəbəri olmadan “Prevent” planının əməkdaşları tərəfindən dindirilənlər bəzən uşaqlardır./iqna