Braziliyada şarj cihazına sahib olmayan iPhone-ların satışlarına qadağa qoyulub

Braziliyada şarj cihazına sahib olmayan iPhone-ların satışlarına qadağa qoyulub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Vaxtı ikən Apple şirkətinin iPhone qutularından şarj cihazının yığışdırılması qərarı çoxlu səs-küyə səbəb olmuşdu. Lakin daha sonra digər brendlər də bu praktikadan istifadə etməyə başladılar. Bununla belə yaxın müddətdə vəziyyət dəyişə bilər. Hər halda bu, Braziliyada baş verə bilər. Belə ki, Braziliya hökuməti Apple şirkətini cərimələyib və ölkədə qutusunda şarj cihazı olmayan iPhone-ların satışlarını qadağan edib. Reuters saytının verdiyi məlumata əsasən Braziliyanın Ədliyyə Nazirliyi şarj cihazına sahib olmayan iPhone-ların ölkədə satışlarının dayandırılması üzrə Apple şirkətinə əmr verib. Ölkənin yüksək vəzifəli şəxslərinin fikirlərinə əsasən cihazların qutularında lazımi aksesuarın olmaması istehlakçılara qarşı yönəldilmiş diskriminasiya praktikasıdır.

Braziliyada şarj cihazına sahib olmayan iPhone-ların satışlarına qadağa qoyulub

Bununla yanaşı Braziliya hökuməti Apple şirkətini 2.34 milyon dollar dəyərində cərimələyib. Qeyd etmək lazımdır ki, Braziliya hökumətinin bu məsələ ilə bağlı olan narazılığı iPhone 12iPhone 13 smartfon seriyalarını və son iPhone SE modellərini əhatə edir. Apple təmsilçiləri bildiriblər ki, şirkət Braziliya hökumətinin qərarına etiraz edəcək. Son iPhone modellərinin qutularından şarj cihazının çıxarılması qərarı verilən zaman Apple bildirmişdi ki, o bunu ekoloji problemlər səbəbilə edir və hal hazırda da şirkət həmin bəyanatın üstündə dayanıb. Son statistikalara əsasən qutularında şarj cihazının olmamasına baxmayaraq iPhone 13 modelləri yaxşı satış nəticələri sərgiləyiblər. Unutmaq lazım deyil ki, Apple bu axşam iPhone 14 seriyasını təqdim edəcək./technote