Braziliyada Quran sərgisi keçiriləcək

Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyi Braziliyanın San-Paulu şəhərində Qurani-Kərim sərgisi keçirmək planını açıqlayıb.

 Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyi Braziliyanın San-Paulu şəhərində Qurani-Kərim sərgisi üçün hazırlıq gördüyünü açıqlayıb.

Sərgi 1 may 2023-cü il bazar ertəsi günü Braziliya hökumətində Yaxın Şərq məsələləri üzrə koordinatorun qatıldığı möhtəşəm mərasimlə başlayacaq və 8 gün davam edəcək.

Səudiyyə Ərəbistanı İslam İşləri Nazirliyinin açıqlamasına görə, bu sərginin açılış mərasimi Braziliya Xarici İşlər Nazirliyinin Yaxın Şərq Departamentinin rəhbəri Sidney Romero və Sao Paulo şəhərinin yerli hakimiyyət orqanlarının iştirakı ilə keçiriləcək.

Həmçinin Səudiyyə Ərəbistanı universitetlərinin bir sıra məzunları və braziliyalı təbliğçilər, Latın Amerikası və Karib hövzəsi İslami Dəvət Mərkəzinin bir sıra rəsmiləri də bu mərasimin digər iştirakçıları arasındadır.

Bu sərgidə Kral Fəhd Nəşriyyat Mərkəzinin məhsulları, əlyazmalar və nəşriyyat sahəsinin müasir texnologiyaları ziyarətçilərə təqdim olunacaq.

Həmçinin ziyarətçilərə müxtəlif dillərə tərcümə edilmiş Qurani-Kərimlər hədiyyə olunacaq./iqna