BÖYÜK BRİTANYADA AVROPANIN ƏN BÖYÜK TESLA MEGAPACK SİSTEMİNİN İNŞASI BİTMƏK ÜZRƏDİR

Böyük Britaniyanın Şərqi Yorkşir qraflığında Avropanın ən böyük enerji saxlama sisteminin inşası yekunlaşmaq üzrədir. İnşa edilən enerji saxlama sistemi Tesla Megapack batareyaları əsasında qurulur. Məlumata əsasən bu sistem özündə 196 meqavatt saat elektrik enerjisini saxlaya və onu 98 meqavatt-a kimi olan güc ilə ötürə bilər. İnşa edilən Tesla Megapack 2 saat ərzində 300 000 evi elektrik enerjisi ilə təmin edə biləcək. Bir neçə gün bundan öncə sözügedən sistem elektrik enerjisinin paylanması üçün nəzərdə tutulmuş stansiyaya qoşuldu. Avropada olan energetik böhran və yaxından gələn sərt qışın fonunda inşaat prosesi sürətlə keçirilir. Tesla üçün bu, Böyük Britaniyada Megapack sistemlərinin quraşdırılması üzrə üçüncü layihədir. Bütün layihələrin reallaşdırılması ilə Harmony Energy Limited adlı yerli şirkət məşğul olur. Bir neçə müddət bundan öncə Tesla sözügedən şirkətin sifarişi ilə 15 və 66 meqavatt saat həcmə sahib batareya bloklarını hazırlamışdı.