BÖLGƏLƏRDƏ QURAN KURSLARINDA OXUYAN 180 SEÇKİN ŞAGİRD ARASINDA YARIŞ TƏŞKİL OLUNUB

BÖLGƏLƏRDƏ QURAN KURSLARINDA OXUYAN 180 SEÇKİN ŞAGİRD ARASINDA YARIŞ TƏŞKİL OLUNUB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu gün Tbilisi Cümə məscidinin kitabxanasında, Gürcüstan Müsəlmanları İdarəsinin Marneuli nümayəndəliyində və Laqodexinin Uzuntala və Saqareconun Əyrəm kənd məscidlərində din kurslarında oxuyan azyaşlı şagirdlər arasında öncə elan olunan “Səmavi hədiyyələr” olimpiada – yarış təşkil olunub. Test və yazılı üslubda keçirilən sınaq imtahanında Gürcüstanın müxtəlif şəhər, rayon və kəndlərindən ümumilikdə 180 şagird suallara cavab verməklə dini bilgilərini sınayıblar.
Gələn ay təşkil olunan yarışın qalibləri Bütün Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən nəfis hədiyyələrlə mukafatlandırılacaqlar.