BMT "Taliban"ın gəlişindən bəri Kabilə ilk humanitar yardımını çatdırıb

BMT “Taliban”ın gəlişindən bəri Kabilə ilk humanitar yardımını çatdırıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra BMT-nin Humanitar Hava Daşınmaları Xidmətinin (UNHAS) ilk təyyarəsi Kabilə çatıb.

Bu barədə BMT-nin Dünya Ərzaq Proqramı məlumat yayıb.

“UNHAS uçuşları 29 avqust tarixində, Pakistanın paytaxtı İslamabadı Məzari-Şərif, Qəndəhar və Herat şəhərləri ilə birləşdirməklə bərpa edilib. Kabillə əlaqə “Taliban” hakimiyyəti ələ keçirəndən bəri yaranmış müvəqqəti fasilədən sonra sentyabrın 12-də bərpa edilib. ÜST-ün təqdim etdiyi dərman vasitələrindən ibarət üç reys həyata keçirilib”, – məlumatda belə deyilir./apa