BMT: Sudanı təxminən 200 min nəfər tərk edib

Sudanda silahlı münaqişənin başlamasından bəri bu ölkəni təxminən 200 min insan tərk edib.

Bu barədə BMT rəsmisi Olqa Sarrado bildirib.

Təxminən 200 min insan münaqişənin əvvəlindən bəri Sudanı tərk edib“, – deyə o qeyd edib və ölkəni yerlilər yanaşı, Cənubi Sudandan olan qaçqınlar da tərk edir.

O deyib ki, təkcə son bir neçə gündə Çada 30 min sudanlı qaçqın gəlib.

Xatırladaq ki, 5 mayda BMT rəsmisi Elizabet Ten bildirib ki, ölkələrə sudanlılar üçün sərhədlərin qapadılmaması çağırışı edilib. Onun sözlərinə görə, çağırış həm Sudan vətəndaşlarına, həm də bu ölkəni tərk edən xaricilərə, o cümlədən də qaçqınlar və vətəndaşlığı olmayan şəxslərə də aiddir./shafaqna