BMT: Əfqanıstan əhalisinin yarısı aclıq təhlükəsi ilə üz-üzədir

BMT: Əfqanıstan əhalisinin yarısı aclıq təhlükəsi ilə üz-üzədir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Əfqanıstanın əhalisinin, demək olar ki, yarısı – 19,7 milyon nəfər kəsin aclıq təhlükəsi ilə üz-üzədir.

Buna 2022-ci ilin yanvar-fevral aylarında keçirilmiş araşdırmanın nəticələri dəlalət edir.

Bu barədə BMT-dən məlumat verilib.

Məruzənin müəllifləri güman edirlər ki, cari ilin iyun-noyabr ayları dövründə Əfqanıstanda ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət bir qədər yaxşılaşacaq, kəskin ərzaq çatışmazlığı ilə üzləşmiş insanların sayı isə 18,9 milyon nəfərədək azalacaq.

Lakin ekspertlər xəbərdarlıq edir ki, müsbət dəyişikliklər məhdud xarakter daşıyacaq.
Ölkədə davam edən quraqlıq, dərin iqtisadi böhran aclıq əvvəlkitək milyonlarla əfqanıstanlının həyatları və rifahı üçün təhdid mənbəyi olaraq qalmağa davam edəcəyini göstərir.

Qeyd edilib ki, kənd təsərrüfatını bərpa etmək və müharibənin dağıtdığı fermerlər və kənd cəmiyyətləri ilə şəhər bazarları arasındakı əlaqələri bərpa etmək lazımdır, əgər bu baş verməsə, yaxın perspektivdə bu böhrandan çıxış mümkün olmayacaq.

Əlavə edilib ki, yeni məhsul gəlirdən məhrum olmuş və ərzaq çatışmazlığı yaşayan milyonlarla ailə üçün bir az, lakin qısamüddətli rahatlıq gətirəcək./shafaqna