‘BLACK MİRROR’ SERİALI REAL HƏYATDA: MIT-DƏ ‘RƏQƏMSAL ÖLÜMSÜZLÜK’ TEXNOLOGİYASI ÜZRƏ TƏCRÜBƏLƏR APARILIR

Massaçusets Texnologiya İnstutunda (MIT) “rəqəmsal ölümsüzlük” texnologiyası hazırlanır. Bu layihə çərçivəsində mütəxəssislər “Augmented Eternity” adlı təcrübəni işə salıblar və sözügedən təcrübədə 25 nəfər könüllü şəxs iştirak edir. Təcrübədə iştirak edənlər arasında müalicəsi olmayan xəstəliklərdən əziyyət çəkən insanlar var və onlar mütəxəssislərə sosial şəbəkələrdəki paylaşımlarını analiz etməyə icazə veriblər. Bu öz növbəsində neyron şəbəkəsinə insanları imitasiya etməkdə yardımçı olacaq.

    Mütəxəssislərin fikirlərinə əsasən bu üsul ilə real insanların rəqəmsal kopyaları onların miraslarını özlərində birləşdirəcək və həmin real insanların vəfat etmələrindən sonra onların ailə üzvləri ilə rəqəmsal kopyalar arasındakı ünsiyyəti mümkün edəcək. Məsələ burasındadır ki, təcrübədə iştirak edənlərin arasında həmçnin müxtəlif sahələrə aid yüksək professionallı şəxslər də var və onlar özlərinin bu üsul ilə rəqəmsallaşdırılmalarını istəyirlər. Bununla belə mütəxəssislər qeyd ediblər ki, vəfat etmiş şəxsin davranış tərzini tam şəkildə kopyalamaq mümkün olmayacaq. Burdan da belə qənaətə gəlmək olar ki, neyron şəbəkə vəfat etmiş şəxsi tam şəkildə imitasiya edə bilməyəcək./technote