Bill Qeyts: Marsa getməkdənsə, peyvəndin hazırlanmasına kömək etməyi üstün tuturam

Dünyanın ən varlı şirkətlərindən Microsoft-un qurucusu və dünyanın ən zəngin insanlarından biri olan Bill Qeyts Marsa getmək əvəzinə insanların həyatını xilas edən peyvəndlərin hazırlanmasına və istehsalına dəstək verməyə üstünlük verdiyini bildirib.

Bill Qeyts bu sözləri BBC-ə deyib.

Bill Qeyts Marsa səfərin pulun yaxşı istifadə olmadığını düşündüyünə diqqət çəkərək deyib: 1000 dollara qızılca peyvəndi alıb insan həyatını xilas edə bilərsiniz. O, həmçinin xeyriyyəçilik olmasa da, Elon Maskın, Tesla proqramı vasitəsilə müsbət təsir göstərdiyini düşündüyünü söyləyib.

Öz prioritetlərinin yer kürəsinin bəzi varlı adamlarından fərqli olmasından danışan Qeyts, Marsa səyahət üçün pul ödəməkdənsə, həyat qurtaran peyvəndlərin istehsalına diqqət yetirəcəyini deyib.

Qeyts Elon Mask haqqında belə deyib: “Bəli, düşünürəm ki, bir gün o, böyük bir xeyriyyəçi olacaq. Tesla kimi proqramlar xeyriyyəçilik forması olmasa belə müsbət təsir göstərir.”/salamnews