Bill Qeyts: “Hər il peyvənd oluna bilərik”

Bill Qeyts: “Hər il peyvənd oluna bilərik”

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Microsoft”un qurucusu, milyarder Bill Qeyts koronavirusun yeni, daha yoluxucu ştammının yaranma ehtimalı barədə danışıb.

Milyarderin sözlərinə görə, 2022-ci ildə COVID-19-un daha yoluxucu variantının ortaya çıxması ehtimalı azdır.

B.Qeyts əlavə edib ki, “Omikron” ştammı ilə əlaqədar bir çox insan azı gələn il immunitetə malik olacaqlar:

“Ola bilər ki, bir müddət hər il koronavirusa qarşı peyvənd olaq”, – deyə “Microsoft”un qurucusu vurğulayıb.

Mənbə: Bill Qeytsin “Twitter” səhifəsi