Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, müfti Etibar Eminov və bir qurup din xadimi bu gün Türkiyənin Tbilisidəki səfirliyində və BGMİnin qərbi Gürcüstan üzrə müftisi Hacı Adəm Şantadze isə Türkiyənin Batumi Baş konsulluğuna gedərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlıqlarını çatdırıb Səfirlikdə açılmışmatəm matəm kitabına ürək sözlərini yazıblar. Həmçinin idarə tərəfindən Türkiyənin Diyanət İşləri Başqanı professor Dr. Ali Erbaşa başsağlı məktublarını çatdırıblar.
- Fevral 8, 2023
- 5:09 axşam
- Redactor