Beyninə çip yerləşdirilən milçəkləri məsafədən idarə etmək mümkün oldu - VİDEO

Beyninə çip yerləşdirilən milçəkləri məsafədən idarə etmək mümkün oldu – VİDEO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ-ın Rays Universitetinin alimləri milçəklərin beyninə istilik sensorları daxil edib və bunun sayəsində həşəratları uzaqdan idarə etməyi bacarıblar.

Milçəklər aldıqları əmrləri bir saniyə ərzində yerinə yetiriblər.

Məlumata görə, milçəklərin beyin neyronlarına yerləşdirilən istilik sensorları gen mühəndisliyi yolu ilə hazırlanıb. Onlar bir növ temperatur dəyişikliklərinə cavab verən ion kanallarıdır. Sensorlar istilik siqnallarını aldıqda, neyronlar fəallaşaraq milçəklərin qanadlarını açmasına səbəb olub.

Alimlərin sözlərinə görə, təcrübələrin nəticələri insanlardakı nevroloji pozğunluqları dəqiq və heç bir əməliyyat olmadan müalicə etməyə kömək edəcək.