Beynəlxalq konfransda şeyx deyib: “Dünyada sabitliyin inkişafı üçün dinlər və məzhəblərarası dialoq vacibdir”

“Dünyada bəşəriyyət arasında sülhün, sabitliyin və xoş münasibətinn inkişafı üçün dinlər və məzhəblərarası dialoq vacibdir”.

Bu fikirləri Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov paytaxtda keçirilən “Dinlərarası dialoqda dövlətin rolu” beynəlxalq konfransın açılış mərasimində səsləndirib. O bildirib ki, dünyada dialoqun iki forması təsəvvür olunmaqdadır: “Məfhum baxımından “dinlərarası dialoq” ifadəsi əvəzinə “din mənsubları arasında dialoq” desək, daha doğru olar. Çünki dinin məzmun, məfhum, ideologiya və prinsipləri arasında dialoq qeyri mümkündür. Dünyada dialoqun iki forması təsəvvür olunmaqdadır. Daxili dialoq (fərqli məzhəblərarası, eyni məzhəbarası dialoq) və xarici dialoq (Fərqli səmavi dinlər arası dialoq). Hesab edirik ki, dünyada bəşəriyyət arasında sülhün, sabitliyin və xoş münasibətin inkişafı üçün hər iki dialoqun olması vacibdir”, – deyə Şeyx çıxışında vurğulayıb./24news.ge