Belə ki, o, müqəddəs Qurani-Kərimi tam əzbərləyib və bir neçə dil öyrənib.

O, hələ 2 yaşında olarkən onda autizmin olduğu müəyyən edilib. Lakin suriyalı mütəxəssislər onu dahi hesab edirlər.

Balaca qız hər gün xarici dillərin öyrənilməsi ilə məşğuldur: ingilis, fransız, koreya, yapon, yunan və ispan dilləri.

Qurani-Kərimi isə cəmi 2 ilə tam şəkildə əzbərləyib.

Səri həmçinin mürəkkəb riyazi tənliklər də həll edə bilir.

Autizm və Daun sindromu üzrə mütəxəssis Məcd əl-Alusi deyir ki, autizm Səriyə xüsusi istedad verib, çünki o, qəliz məsələləri yerinə yetirə bilir.

Lakin, həkimin sözlərinə, kommunikativ bacarıqlarının inkişafı üçün qıza daimi dəstək lazımdır.

Alusi “dəqiq görmə yaddaşını” Sərinin çoxsaylı qabiliyyətlərindən biri adlandırıb.

Digər bir çox suriyalı ailələr kimi, bu ailə də vətənlərindəki müharibədən və məcburi köçkünlükdən əziyyət çəkir və öz istedadlı övladının bilik əldə etmək həvəsini qarşılamaq üçün onu qələm və planşetdən başqa heç nə ilə təmin edə bilmir./shafaqna