“BBC” Gürcüstanın ziyarət turizmindən yazır

“BBC” Gürcüstanın ziyarət turizmindən yazır

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

BBC” səyahət səhifəsində Katsxi sütunu haqqında məqalə dərc edir. Böyük Britaniyanın nüfuzlu nəşrinin jurnalisti Priyanka Şankar Gürcüstana səfər edərək İmereti ilə bağlı təəssüratlarını oxucularla bölüşüb. Məqalədə çoxlu turist cəlb edən Çiatura munisipalitetində yerləşən Katsxi sütunu və monastırı təsvir edilir.

“Mən Tbilisidən 220 kilometr yol getdim və möhtəşəm daş konstruksiya kəşf etdim. Bundan əvvəl, uzun müddət ərzində məni təbii qayaların kəskin sütunları ilə seçilən Yunan Meteorası üzərindəki monastır heyran buraxmışdı. Sonra Gürcüstanda yerləşən olduqca original monastır haqqında eşitdim və bura varmaq üçün rahiblərin yuxarı qalxması zəruridir. Rahiblər Katsxi sütununda yerləşən monastırda əsrlərdir yaşayırlar, bu gün bu yer pravoslav xristianlar üçün ziyarət yeri kimi maraqlıdır, Katsxi sütunu çoxlu turist cəlb edir” – deyə məqalənin müəllifi yazır.

Məqalədə rahiblərin həyatı və Katsxinin Sveti monastırının bərpası tarixindən bəhs edilir.

“Tarixçilərin fikrincə, Katsxi sütunu üzərində rahiblər təxminən 10-cu əsrdən fəaliyyətə başlayıblar. Osmanlı istilası zamanı rahiblər daha sütuna qalxmırdılar. 1944-cü ilə qədər monastırın vəziyyəti qaranlıq idi. Məhz həmin il gürcü yazıçılar  Levan Qotua və Akaki Beliaşvili, memar Vaxtanq Tsintsadze və alpinist Aleksandre Japaridze Katsxi sütununa qalxıblar, kilsənin xarabalıqlarını aşkar ediblər. Ekspedisiya üzvləri kilsənin xarabalıqları ilə yanaşı, üç hücrə və bir şərab zirzəmisi tapıblar.

Monastırın yenidən kəşfindən bir neçə onillik sonra, 1990-cı illərin əvvəllərində Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinin köməyi ilə rahib Maksime Kavtaradze yerli əhali ilə birlikdə məbədi bərpa edib. 40 metrlik metal nərdivan quraşdırılıb” – deyə BBC jurnalisti yazır.

Məlumatı Milli Turizm Administrasiyası yayır./1tv