GÜRCÜSTANIN BAŞ NAZİRİ RAMAZAN BAYRAMI GÜNÜ DİNİ RƏHBƏRLƏRLƏ GÖRÜŞÜB

Baş nazir müsəlmanları təbrik edərək dedi: “Ölkənin möhkəmlənməsinə əvəzsiz töhfə verirsiniz”

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Baş nazir İrakli Qaribaşvili, müsəlmanları Qurban Bayramı münasibəti ilə təbrik edib.  Bu barədə təbrik mesajı Gürcüstan Hökumətinin rəsmi “facebook” səhifəsində paylaşılıb. Təbrik zamanı Baş nazir, müsəlmanların ölkə cəmiyyətinin ayrılmaz bir hissəsi olduğunu qeyd edib: “Müsəlman vətəndaşlarımızı sevgi, sədaqət, dəstək və xeyirxahlığın qələbəsi olan Qurban Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Gürcüstanın müsəlman icması – cəmiyyətimizin ayrılmaz hissəsi, gündəlik işlər və ölkəyə sədaqətnizlə siz, vətənimizin inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verirsiniz. Bayramınıza və firavanlığınıza qoşularaq sizə və ailələrinizə mənəvi dinclik və xoşbəxtlik arzu edirəm”,-deyə Baş nazir qeyd edib./24.news.ge