Baş ağrılarını müalicə edən təbii çaylar

Baş ağrıları zamanı dərhal ağrıkəsici həblərə əl atmayın, ot çayları sizə bu işdə çox yaxşı kömək edəcək.

Sizə baş ağrılarını müalicə edən ən sınanmış 2 ot çayının reseptini təqdim edirik.

1. Nanə və bibəriyə ilə çay

1 ç.q. bibəriyə və 1 ç.q. nanə 1 stəkan isti suda yarım saat ərzində dəmlənilir, süzülür və adi çay kimi gündə 2 dəfə 1/2 stəkan olmaqla içilir.

2. Cökə və kəklikotu ilə çay

Birinci çay kimi hazırlanır və qəbul edilir.

Bu ot çayları spazmı və sinir gərginliyi azaldır, sakitləşdirir. Nəticədə baş ağrısı da keçir.