B və BE kateqoriyalı sürücülük imtahanının praktiki hissəsi iki mərhələli olub

B və BE kateqoriyalı sürücülük imtahanının praktiki hissəsi iki mərhələli olub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

B və BE kateqoriyalı sürücülük imtahanının praktiki hissəsi iki mərhələli olub.

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi Avropa İttifaqı ilə Assosiasiya Sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Gürcüstanın “Yol hərəkəti haqqında” qanununa edilən dəyişikliklərə uyğun olaraq, 2022-ci il 26 aprel tarixindən etibarən B və BE kateqoriyalı avtomobillər üçün qəbul imtahanının praktiki hissəsi iki mərhələli oldu.

Nəqliyyat vasitəsini idarə etmək hüququ əldə etmək istəyənlər Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin doqquz struktur bölməsində yeni standart üzrə praktiki sınaq imtahanı verə biləcəklər. Lakin indiki mərhələdə Zuqdididə Xidmət Agentliyinin yollarında aparılan genişmiqyaslı reabilitasiya işləri ilə əlaqədar müvafiq işlər yekunlaşana qədər namizədlər sürücülük imtahanının ikinci mərhələsindən keçə bilməyəcəklər.

Praktiki imtahanın ikinci mərhələsi Gürcüstanın daxili işlər nazirinin əmri ilə təsdiq edilmiş imtahan marşrutlarına uyğun olaraq keçiriləcək. Hər bir imtahan xidməti üçün bir neçə imtahan marşrutu hazırlandı.

Dəyişikliyə əsasən, praktiki sınaq imtahanının birinci mərhələsi qapalı sahədə, ikinci mərhələ isə real yol hərəkəti şəraitində keçiriləcək”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Qurumdan verilən məlumata görə, sürücülük qabiliyyətinə namizəd birinci mərhələdən uğurla keçdikdən sonra 365 təqvim günü müddətində praktiki imtahanın ikinci mərhələsindən keçmək hüququna malikdir. Bundan əlavə, maraqlanan şəxs birinci mərhələdən uğurla keçdikdən sonra 15 gündən gec olmayaraq praktiki imtahanın ikinci mərhələsinə buraxılacaq. Həmçinin sürücülük namizədi qiyməti 160 lari müəyyən edilmiş sürətləndirilmiş xidmətdən istifadə edə biləcək və birinci mərhələdən uğurla keçdiyi halda ikinci mərhələni 15 gün tez bitirəcək.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, praktiki imtahanın ikinci mərhələsini keçmək üçün maraqlanan şəxsin növbə saxlaması şərtdir. Növbələri agentliyin struktur bölməsində, həmçinin agentliyin internet saytı, mobil applikasiya və ya sürətli ödəniş terminalı vasitəsilə bron etmək olar. Sürücülük namizədi növbə sifarişində nəzərdə tutulmuş vaxtdan 15 dəqiqə əvvəl praktiki imtahanın ikinci mərhələsinə gəlməyə borcludur./1tv