AZƏRBAYCANIN DİN VƏ DÖVLƏT QURUMLARINDAN İBARƏT NÜMAYƏNDƏ HEYƏTİ QARDABANİDƏ DİNİ MƏKANLARI ZİYARƏT EDİBLƏR

AZƏRBAYCANIN DİN VƏ DÖVLƏT QURUMLARINDAN İBARƏT NÜMAYƏNDƏ HEYƏTİ QARDABANİDƏ DİNİ MƏKANLARI ZİYARƏT EDİBLƏR

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ötən gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Azərbaycan ilahiyyat institutun rektoru Aqil Şirinov və onlarla birgə ölkəmizdə qonaq olan nümayəndə heyəti Qardabani bələdiyyəsində olublar.

Qardabanidə məscid və digər dini məkanları ziyarət edən qonaqlar burada din xadimləri ilə görüşüblər. Görüşdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin Igidov Qardabani və ətraf kəndlərindəki məscidlər, fəaliyyət göstərən ruhanilər və dini vəziyyət haqqında məlumat verib.

Səmimi qarşılanmadan məmnun qalan qonaqlar şeyxə və din xadimlərinə təşəkkür edib onlara fəaliyyətlərində uğurlar diləyiblər. Onlara Azərbaycanda təmsil etdikləri dini qurumun fəaliyyəti, İlahiyyat İnstitutunun təhsil mexanizmi haqda məlumat verib Azərbaycanda İslam dininə göstərilən dəstək, diqqət qayğıdan danışıblar. Gələcəkdə dini təhsil və təbliğ sahəsində əməkdaşlıq təklif ediblər. Ruhanilərin suallarını cavablandırıblar.
Qardabanidən dönüşdə qonaqlar Poniçalala (Soğanlıq) qəsəbəsində yerləşən Əhli-beyt məscidində olublar. Orada din xadimləri və kənd ağsaqqalları ilə görüşüblər.

Onlara, məscidin axundu Hacı Rahid Kərimov məscidin tarixi və fəaliyyəti haqqında məlumat verib.