AVSTRALİYADA DÜNYANIN ƏN BÖYÜK RADİOTELESKOPU İNŞA EDİLİR

Avstraliyanın qərbində dünyanın ən böyük radioteleskopu olan “Square Kilometre Array”ın (SKA) tikintisinə başlanılıb.

Layihə 30 ildən artıqdır ki, hazırlıq mərhələsindədir. Bu, 21-ci əsrin ən böyük elmi layihəsi hesab olunur.

Teleskop alimlərə dünyanın quruluşunu, ulduzların və qalaktikaların yaranma şəraitini və vaxtını daha yaxşı anlamağa kömək etməlidir.

Bundan əlavə, ondan qaranlıq enerjini, kainatın genişlənməsini öyrənmək və yerdən kənar həyatın izlərini axtarmaq üçün istifadə etmək planlaşdırılır.

Mənbə: rossaprimavera.ru