Avstraliya sahillərində qorxunc mənzərə görənləri kədərləndirdi - FOTO/VİDEO

Avstraliya sahillərində qorxunc mənzərə görənləri kədərləndirdi – FOTO/VİDEO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Avstraliyanın Tasmaniya adasında 200-ə yaxın balina sahilə çıxdıqdan sonra ölüb.

Bu barədə xilasedicilər məlumat yayıb.

Bildirilir ki, sahildə 230 balina tapılıb, onlardan yalnız 35-i sağ olub. Hazırda onların həyatlarının xilas edilməsinə çalışılır.

Mütəxəssislər belə hallarda ölüm səviyyəsi yüksək olduğunu təəssüflə bildiriblər.

Balinalar Makkuori limanının yaxınlığında sahilə çıxıb.

Qeyd edək ki, iki il öncə analoji hadisə zamanı sahilə 500 delfin çıxmışdı, könüllülərin səylərinə baxmayaraq onlardan 300-dən çoxu ölmüşdü.