Avropanın ən böyük halal festivalı İngiltərənin Mançester şəhərində keçiriləcək

Avropanın ən böyük halal festivalı İngiltərənin Mançester şəhərində keçiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Avropanın ən böyük halal qida festivalı gələn ay Mançesterdə başlayacaq və minlərlə britaniyalı orada iştirak edəcək.

Britaniya İslami Yardım Təşkilatının direktoru Tufeyl Hüseyn deyib ki, “Islamic Aid UK” Mançesterdə keçirilən Halal Qida Festivalının rəsmi tərəfdaşı olmaqdan qürur duyur. Bu, açıq havada kiçiriləcək möhtəşəm bir hadisə olacaq. Biz bütün dinlərdən və müxtəlif təbəqələrdən olan minlərlə insanın əyləncədən, şənliklərdən və ləzzətli yeməklərdən həzz almağa gəlməsini səbirsizliklə gözləyirik. Bu festivalda əyləncə sərgilərindən tutmuş uşaqların oynaması üçün məkana qədər çoxlu yaxşı fəaliyyətlər olacaq. Namaz qılmaq üçün yer də olacaq. Ailələr bu tədbirdə nəinki dadlı yeməklərdən dadacaq, həm də ehtiyacı olanlara kömək edəcəklər./iqna