Avropalı keşiş İmam Əli (ə) hərəmini ziyarət etdi – FOTO

Avropalı keşiş İmam Əli (ə) hərəmini ziyarət etdi – FOTO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İspaniya və Portuqaliyanın Pravoslav Kilsəsinin rəsmisi rahib Rogelio Sath Carbo “Alul Beyt” vəqfinin İspaniyadakı nümayəndəliyinin idarəçisi Musa əl-Əsam ilə birlikdə Ərbəin səfəri çərçivəsində İmam Əli (ə) hərəmini ziyarət edib.

Görüş zamanı onlar dinlər arasındakı insani oxşarlıqları və bütün insanlar arasında, dinindən, millətindən və irqindən asılı olmayaraq, münasibətlərin və qarşılıqlı ehtiramın möhkəmlədilməsini müzakirə ediblər.

Xristian din xadimi Carbo deyib ki, səfərinin məqsədi dinlərarası müzakirə, həmçinin müsəlmanların iki imamı – İmam Əli (ə) və İmam Hüseyn (ə) barədə daha dolğun və ətraflı məlumat əldə etməkdir.

Keşiş əlavə edib ki, səfəri zamanı ona göstərilən isti qəbul və ehtiram onu çox təəcübləndirib./shafaqna