Avropa Komissiyasının Gürcüstanı Aİ rəqəmsal sertifikatlaşdırma sistemi ilə birləşdirmək qərarı noyabrın 16-da qüvvəyə minəcək

Avropa Komissiyasının Gürcüstanı Aİ rəqəmsal sertifikatlaşdırma sistemi ilə birləşdirmək qərarı noyabrın 16-da qüvvəyə minəcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Avropa İttifaqı Gürcüstanın rəqəmsal kovid pasportunu tanıyıb. Avropa Komissiyası Avropa İttifaqı tərəfindən verilən rəqəmsal kovid pasportu Gürcüstan, Moldova, Serbiya və Yeni Zelandiyanın verdiyi pasportla eyniləşdirmək qərarına gəlib.

Müvafiq qərar Avropa Komissiyasının rəsmi saytında dərc olunub.

Beləliklə, Gürcüstan da daxil olmaqla bu dörd ölkə Aİ-nin rəqəmsal kovid sertifikatlaşdırma sisteminə qoşulacaq. Eyni şəkildə, bu dörd ölkə Aİ-dən gələn səyahətçilər üçün Covid sertifikatları alacaq.

“Avropa İttifaqı sisteminə qoşulmağı gözləyən ölkələrin sayının artdığını görməkdən məmnunam. Bugünkü qərarla beş qitədə 49 ölkə və ərazi Aİ-nin rəqəmsal pasport sisteminə qoşulub. Biz səyahətçilərin Aİ daxilində və xaricində təhlükəsiz səyahətə inamını gücləndirmək üçün işləməyə davam edəcəyik” dedi Aİ-nin ədliyyə üzrə komissarı Didier Reinders.

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhei bildirib ki, Gürcüstan, Moldova və Serbiya Aİ-nin rəqəmsal pasport sisteminə qoşulub.

“Biz pandemiya ilə mübarizədə tərəfdaşlarımızın yanındayıq və ölkələri təhlükəsiz şəkildə açmaq üçün birlikdə işləməyə davam edirik. “Şərq Tərəfdaşlığı” Nazirlər Şurasının iclasından əvvəl şad xəbərlər gətirdik. Mən Gürcüstan, Moldova və Serbiyanın rəqəmsal pasport sistemimizə qoşulmasını alqışlayıram. Səbirsizliklə daha çox qonşularımızın ona qoşulmasını gözləyirəm” dedi Oliver Varhei.

Avropa Komissiyasının Covid-pasportların tanınması ilə bağlı qərarı noyabrın 16-da qüvvəyə minəcək./1tv