Avropa Komissiyası smartfon istehsalçıları üçün yeni qaydalar təklif edib

Avropa Komissiyası smartfon istehsalçıları üçün yeni qaydalar təklif edib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Öz məhsullarını Avropa Birliyi regionunda satışa çıxaran smartfon istehsalçıları yaxın zamanda yeni qaydalar ilə qarşılaşa bilərlər. Dünən Avropa Komissiyası tərəfindən təklif edilmiş yeni qanun layihəsinə əsasən Avropa Birliyi regionunda satışa çıxacaq smartfonların istehsalçıları 5 il ərzində öz smartfonlarının 15 vacib detalının dəstəyini təqdim etməlidirlər. Bundan əlavə olaraq smartfonların batareyaları öz həcmlərinin 83%-ni qoruyub saxlamaqla minimum 500 şarj dövrünü dəstəkləməlidirlər. Verilmiş məlumata əsasən smartfonlar paltaryuyan və qabyuyan maşınlarda olduğu kimi effektivlik nişanını əldə edəcəklər. Bununla yanaşı smartfonlarda batareyanın və smartfonun yerə düşmə dözümlülükləri qeyd ediləcək.

Qeyd etmək lazımdır ki, Avropa Komissiyası iyun ayında smartfonlarla bağlı daha bir qərar qəbul etmişdi. Həmin qərara əsasən Avropa Birliyində satılacaq bütün smartfonlar 2024-cü ilə kimi USB Type-C girişinə sahib olmalıdırlar.

Avropa Ekologiya Bürosunun aparmış olduğu tədqiqatın nəticələrinə əsasən Avropa Birliyi regionunda satılacaq smartfonların çalışma dövlərinin 5 ilə kimi yüksəldilməsi öz növbəsində atmosferə CO2 tullantılarının miqdarını aşağı salacaq. Təklif edilmiş yeni qanun layihəsi təkcə smartfonları deyil, həmçinin planşetləri və fiziki düyməli mobil telefonları da əhatə edir. Məlumatda qeyd edilib ki, yeni qanunvericiliyin tələblərinə uyğun olmayacaq məhsullar bazardan çıxarılacaq. Smartfon istehsalçıları isə qeyd ediblər ki, bu cür elektron məhsullar üçün nəzərdə tutulmuş ehtiyat hissələrinin çox miqdarda təmin edilməsi plastik materalların daha çox istifadə edilməsinə səbəb olacaq.

İstehsalçıların maraqlarını təmsil edən Digital Europe adlı assosiasiya bildirib ki, ehtiyat hissələrinin həddindən artıq istehsal edilməsi daha çox resurs sərfiyyatına, istifadə edilən materialların effektivliklərinin aşağı düşməsinə və məhsulların satış qiymətlərinin yüksəlməsinə gətirib çıxacaraq. Təklif edilmiş yeni qanun layihəsi həmçinin məhsulların software tərəflərini də əhatə edir. Belə ki, bu və ya digər modelin bazarda satışa çıxmasından sonra onun təhlükəsizliyi yenilənməsi 5 il ərzində dəstəkləməlidir. Məhsul modelinin funksionallığının təkmilləşdirilməsi ilə bağlı olan yeniliklər isə (əməliyyat sistemi yenilənməsi) 3 il ərzində təqdim edilməlidir. Bu öz növbəsində Android smartfonların istehsalçılarına təsir göstərə bilər. Belə ki, onlar adətən öz məhsullarının sistemlərini ilk bir neçə il ərzində dəstəkləyirlər./technote