Avropa İttifaqından Gürcüstana: "Sizi bunu təmin etməyə çağırırıq!"

Avropa İttifaqından Gürcüstana: “Sizi bunu təmin etməyə çağırırıq!”

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Biz Gürcüstandakı bütün maraqlı tərəfləri bütün müvafiq qeyri-hökumət təşkilatlarının dəvət olunmasını və bütün işçi qrupların, o cümlədən seçki islahatları üzrə işləyən qrupun fəaliyyətində əsaslı şəkildə iştirak etmək imkanı verilməsini təmin etməyə çağırırıq.”

Bu barədə Aİ-nin Gürcüstandakı Nümayəndəliyi tərəfindən yayılan bəyanatda deyilir.

“Vətəndaş cəmiyyəti təşkilatlarının qərarların qəbulu prosesinə cəlb edilməsi ilə bağlı 10 nömrəli prioritet parlamentdə aparılan işlərə xüsusilə aiddir”, – bəyanatda deyilir.

“Ədalətli seçkilər” qeyri-hökumət təşkilatının Parlamentdə ilk iclası keçirilən “Seçki Məcəlləsi”nə yenidən baxılması üçün yaradılmış işçi qrupunda iştirakına icazə verilməyib. Bu barədə jurnalistlərə işçi qrupun rəhbəri Qivi Mikanadze məlumat verib və qərarın səbəbini açıqlayıb. Onun sözlərinə görə, “Ədalətli seçkilər” baş nazirin vəzifədən azad edilməsi tələbinə qoşulanda neytrallığını itirib. Mikanadzenin sözlərinə görə, “Ədalətli seçkilər” 2020-ci ilin paralel hesablamalarının nəticələrini saxtalaşdıran, 7 həftə ərzində gizlədən və bununla da ölkənin imicinə xələl gətirən təşkilatdır./shafaqna