Avropa İttifaqı 2035-ci il üçün CO2 buraxan avtomobillərin satışının qadağan edilməsi üzrə razılaşıb. Almaniyanın nəqliyyat naziri Volker Visinqin həftələr boyunca təxirə saldığı razılaşmaya 27 ölkənin energetika naziri tərəfindən nail olunub.
Brüssel və Berlin arasında kompromisə nail olunub, bu da öz növbəsində sintetik yanacaqdan istifadə edən iqlim-neytral elektron yanacaqla işləyən avtomobil və furqonların satışını mümkün edəcək.
Qərb mediası bu addımın Avropa İttifaqı tərəfindən qlobal istiləşməyə böyük təsir göstərən və planetdə bir sıra təhlükəli təsirlərə malik CO2 emissiyalarını məhdudlaşdırmaq cəhdi olduğuna dair məlumat yayır.
Aİ-nin emissiyalarının təxminən 25 faizi nəqliyyat sektorunun payına düşür.
Yeni reqlamentə qarşı çıxanlar Avropa İttifaqının qərarının avtomobillərin qiymətinin artmasına səbəb ola biləcəyindən ehtiyat edirlər. İtaliya həmçinin bioyanacaqla bağlı istisna tələb edirdi. Nəyinki hökumətlər, həm də avtomobil istehsalçıları da mərhələli şəkildə dayandırılmaya qarşı çıxırdılar. Alman lüks avtomobil istehsalçısı “Porsche” və italyan istehsalçısı “Ferrari” elektrik avtomobilləri üçün lazım olan batareyaların onların avtomobilləri üçün olduqca ağır olacağını bildirirlər. Qərb mediası “Volkswagen”, “Mercedes-Benz” və “Ford” kimi digər avtomobil istehsalçılarının artıq elektrik avtomobillərinə mərc qoyduqlarını yazır./1tv.ge