Avropa Birliyi: “Quranı yandırmaq utancverici bir hərəkətdir”

Avropa Birliyinin Yaxın Şərq və Şimali Afrika üzrə sözçüsü Luis Bueno tvitində Qurani-Kərimin yandırılması ilə bağlı reaksiya verib.

O, bu tvitində Avropa Birliyində və dünyada bir çox insanın hiss və inanclarını incidən bu hərəkətin çox utancverici olduğunu vurğulayıb.

Bueno tvitində Avropada irqçilik, təəssübkeşlik və nifrət təzahürlərinə, o cümlədən müsəlmanlara qarşı nifrətə yer olmadığını vurğulayıb.

Ötən şənbə günü İsveçin paytaxtı Stokholmda baş verən Qurani-Kərimin yandırılması aktı dünya müsəlmanlarının qəzəbinə səbəb olub, bir çox ölkədə nümayişlər keçirilib.

Səudiyyə Ərəbistanı, İordaniya, Küveyt, Mərakeş, Qətər, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan da daxil olmaqla bir sıra ərəb ölkələri Quranın yandırılmasını pisləyib./iqna