Meta Platforms, Apple, Twitter və Google şirkətinin sahibi olan Alphabet holdinqi Avropa Birliyinin yeni qanun vericiliyinə əsasən çox böyük platformaları idarə edirlər. Buna görə də onların regiondakı fəaliyyətlərini tənzimləmək üçün əlavə qaydalar tətbiq olunacaq. Keçən il qüvvəyə minmiş Rəqəmsal Xidmətlər Aktı (DSA) aylıq 45 milyondan çox istifadəçisi olan online resursları “çox böyük online platformalar” kimi müəyyən edir. Bu cür platformalara əlavə nizamlama qaydaları tətbiq olunur.
Onların arasında istifadəçilərə mümkün mənfi təsirlərin illik risk qiymətləndirilməsi və müstəqil audit daxildir. Onlardan həmçinin məlumatları hökumətlər və regional tədqiqat şirkətləri ilə bölüşmək tələb olunur. Avropa Komissiyası böyük online platformaların və axtarış sistemlərinin sahiblərinə aylıq aktiv istifadəçilərin sayı barədə məlumatları təqdim etməyi tapşırıb. İT nəhənglərin yeni qaydalara əməl etməyə başlamaq üçün dörd ay vaxtları var. Müəyyən edilmiş qaydalara əməl edilmədikdə, göstərilən müddət keçdikdən sonra onlar cərimələnəcəklər./technote