1 ay bundan öncə məlumat ortaya çıxdı ki, Google şirkəti Android 14-ün stabil versiyasını bir qədər təxirə salıb. Belə ki, şirkət adətən hər yeni Android-in stabil versiyasını sentyabr ayının əvvəlində istifadəyə verir. Güman edilirdi ki, şirkət Android 14-ün stabil versiyasını oktyabr ayının əvvəlində istifadəyə verəcək. İndi isə insayderlər bu məlumatı təsdiqləyiblər. Onların sözlərinə əsasən hal hazırda satışda olan Pixel smartfonları artıq sabah Android U-nu əldə edəcəklər. Əməliyyat sisteminin adında olan U hərfi isə Android 14-ün kod adına işarə edir. Söhbət, Upside Down Cake-dən gedir. Böyük ehtimalla daha sonrakı günlərdə Android 14-ün stabil versiyası digər smartfon brendləri üçün də istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, Google sabah Pixel 8 smartfon seriyasını və Pixel Watch 2 smart saatını təqdim edəcək./technote
- Oktyabr 4, 2023
- 11:31 səhər
- Redactor