Android 14-ü əldə etməyəcək Samsung cihazlarının siyahısı təqdim edilib

Samsung öz smartfonlarında uzun müddət ərzində Android yenilənməsini təmin edən şirkət kimi tanınsa da, bu mövzuda müəyyən müddət göstəricisi var və həmin müddət göstəricisinin bitdiyi zaman smartfonlar artıq növbəti əməliyyat sistemi yenilənməsini əldə etmirlər. İnsayderlər Android 14-ü əldə etməyəcək Samsung smartfonları ilə planşetlərinin siyahısını təqdim ediblər.

    Beləliklə siyahıda olan cihazlar üçün Android 13 son əməliyyat sistemi yenilənməsi olaraq qalacaq. Qeyd etmək lazımdır ki, siyahıdakı cihazlar Android 14 ilə OneUI 6.0 istifadəçi interfeysini əldə etməsələr də, onlar üçün ənənəvi təhlükəsizlik yenilənmələri təqdim edilməyə davam edəcək. Təqdim edilmiş siyahıya əsasən Android 14-ü əldə etməyəcək Samsung smartfonları ilə planşetləri aşağıdakılardır.

– Galaxy S10 Lite

– Galaxy S20 FE

– Galaxy S20, Galaxy S20+, Galaxy S20 Ultra

– Galaxy Note 10 Lite

– Galaxy Note 20, Galaxy Note 20 Ultra

– Galaxy Z Flip (LTE/5G)

– Galaxy Z Fold 2

– Galaxy A22 (LTE/5G)

– Galaxy A32 (LTE/5G)

– Galaxy A51

– Galaxy A71

– Galaxy Tab A8

– Galaxy Tab A7 Lite

– Galaxy Tab S6 Lite (2020)

– Galaxy Tab S7, Galaxy Tab S7+.