Testdən keçməyən , lakin simptomları olan və ailə həkimi ilə əlaqə saxlayan şəxsin adı yaşıl pasport və ya səyahət üçün məlumat bazasında əks olunacaq- bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidze Qurumlararası Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə bildirib.
Qamğrelidze simptomsuz insanın test olunmayacağı təqdirdə adının bazada əks olunub-olunmayacağı ilə bağlı suala cavab verib.
“Nazirlik müvafiq normativ akta icazə verdi- əgər şəxs test olunmayıbsa, lakin simptomları varsa və o, 112-yə müraciət edibsə, ailə həkimi ilə əlaqə saxlayıbsa, ailə həkimi ona müəyyən müddət ərzində nəzarət edibsə, o zaman daha sonra müvafiq olaraq onun adı yaşıl pasport və ya səyahət üçün bazada əks olunacaq” – deyə Qamğrelidze bildirib./pirveliarxi