ALLHIN VARLIĞINA KOSMOLOJİ BAXIŞ (MƏQALƏ)

Nə üçün heç bir şey əvəzinə bir şeylər var? Kainat qədimdir yoxsa sonradan meydana çıxıb? Bu kimi suallar fəlsəfənin ən fundamental suallarından biridir. Ateistlər tarix boyu kainatın qədimliyni müdafiə edərək onun heç bir izaha ehtiyacı olmadığını deyirlər. Başqa bir tərəfdən isə, teistlər də kainatın sonradan meydana gələrək izaha ehtiyac olduğunu, qədim və izaha ehtiyac olmayan varlığın isə Allah olduğunu deyirlər.
Bu dəlili müqəddimələr şəkilində sizlərə təqdim edirəm:
1) Kainatın bir başlanğıcı var.
2) Başlanğıc olan hər bir şeyin bir səbəbi var.
3) Kainatın bir səbəbi var.
4) Əgər kainatın bir səbəbi varsa bu səbəb Allahdır.
5) Deməli, Allah var.
Birinci müqəddimə müasir kosmologiyada ümumi nəticəni əks etdirən bir başlanğıcdır. Bu cəhətdən onun düzgün olma ehtimalının səhf olma ehtimalından çox olduğunu rahatlıqla deyə bilərik.
Fərz edin ki, siz dosdunuzdan borc pul almaq isdiyirsiniz ancaq sizin dosdunuzda pul yoxdur, və o, öz növbəsində öz dosdundan borc alır. Ancaq onun dosdunda da yoxdur və o, başqa bir şəxsə müraciət edir. Əgər siz bu silsiləni sonsuza qədər davam etsəz pul sizin əlinizə heç bir zaman gəlib çatmayacaq. Buna görə də pulun sizin əlinizə gəlib çatması üçün sonda kimdəsə pul olmalıdır. Nəticədə keçmişdəki hadisələrin sonsuzadək davam etməsi də qeyri mümkündür. Deməli kainatın bir başlanğıcı var.
İkinci müqəddiməyə gəldikdə isə bəzi ateistlər ikinci müqəddiməni rədd edərək kainatın səbəbsiz olaraq yoxluqdan varlığa gəlmə fikrini iddia edirlər. Əgər yoxluq kainatı səbəbsiz olaraq yarada bilirsə, bəs nə üçün hal hazırda başqa şeylər yaratmır?
Əlbəttə ki, yoxluq bir şey deyil ki, nəsə bir şey yaratsın. Maraqlıdır bəs görəsən yoxluq nə üçün yalnız kainatı yaratdı və amma digər şeyləri, misal olaraq: Maşın və ya telefonları yaratmır?
Əvvəldə qeyd etdik ki, yoxluğun heç bir xüsusiyyəti olmadığına görə onun heç bir şeydən təsirlənməsi mümkün deyil. Elə isə nə üçün evimizdə maşın və ya tefonların səbəbsiz olaraq öz başına var olduğunu görmürük?
Birinci müqəddiməni qəbul etməyən bir şəxsin bu suala verəcək cavabı yoxdur. Əlbəttə biz bu iddianı müdafiə edə bilərik ki, yoxluq kainatı yarada bilməz. Başqa sözlə desək yoxluğun kainatı səbəbsiz olaraq yarada bilmə fikrinin yanlış olma ehtimalı doğru olma ehtimalından daha çoxdur.
Üçüncü müqəddiməyə gəldikdə isə o, əvvəlki iki müqəddimənin nəticəsidir. Nəticə olaraq, o, iki müqəddimə doğrudursa üçüncü müqəddimə də doğrudur.
İndi isə gəlin dördüncü müqəddiməni nəzərdən keçirək.
Görəsən kainatın səbəbi necə bir şeydir? Əlbəttəki, bu səbəb kainatın yaradıcı sifətinə malikdir. İkinci müqəddimədə qeyd etdiyimiz kimi səbəblər sonsuza qədər tamamlana bilmədiyi üçün sonsuz səbəblər zəncirinin varlığıda mümkün ola bilməz. Nəticə etibarilə ilkin səbəbin özü heç bir səbəb olmadan var olmalıdır. Yox əgər onun da bir səbəbi varsa o, zaman sonsuz səbəblər silsiləsi yaranar. Səbəblərin sonsuza qədər davam etməsi isə qeyri mümkündür. Buna görə də Okamın qayçısına əsaslanaraq bu ilkin səbəbin kainatı tək yaradan olduğunu deyə bilərik. Sonsuz dəyişikliklər silsiləsi oxşar şəkildə qeyri mümkün olduğu üçün bu varlıq sabit və dəyişməz olmalıdır.
Zaman, fəza və materianın sonradan ortaya çıxdığına görə və dəyişməyən bir şeyin zaman içində ola bilmədiyinə görə ilkin səbəb fəza və zamana bağlı olmayan maddi olmayan varlıq olmalı. Filosoflar sabit və dəyişməyən qeyri maddi və zamansız olan iki məfhumdan söz açırlar: Abstrakt varlıqlar və maddi bədənə sahib olan zehinlər. Abstrakt nəsnələrə gəldikdə, onlar səbəb nəticə əlaqəsinə girə bilmirlər. Buna əsaslanaraq kainatın səbəbi qeyri maddi bir zehin olmalıdır. Qeyd etdiyimiz bütün bu sifətlər Allahın sifətləridir və buna görə də kainatın səbəbi Allahdır.

Yazar: Afiq Əliyev

Mənbə:
Din fəlsəfəsi: Paul Copun, Chod Meister
Din fəlsəfəsi: Prof dr. Latif Tokat
Din fəlsəfəsi: Məhməd Sait Rençber
Din fəlsəfəsinə giriş: Prof dr. Cafər Sadık Yaran
Din fəlsəfəsinə giriş: Brian Darieas.