ALLAHA DOĞRU APARAN AĞIL VƏ MƏHƏBBƏT YOLU

Müəllif və dini tədqiqatçı höccətül-islam vəl-müslimin Məhəmməd Əli Xosrəvi “Quranda tövhid” adlı altıncı mühazirəsində Allaha çatmağın vasitə və yollarını müzakirə edib. Onun mətnini aşağıda oxuya bilərsiniz;

Allaha yaxınlaşmaq və müzakirə olunan ayələrin hər birindən yaxşı istifadənin müzakirəsi çox zəruridir ki, bir neçə qiraətlə Allahla olan məsafəmizi qısalda bilək. Bunun üçün müəyyən məlumat tələb olunur.

Allah bizdə iki qüvvə yaratmışdır; Biri məhəbbət, digəri isə ağıldır. Bunların hər ikisi insanı Allaha yaxınlaşdırır.

İnsan həyatında, zehnində və ruhunda Allaha çatmağın çoxlu vasitə və yolları vardır. Bir şərtlə ki, ona çatmaq istəsək, yol hazırlansın: “Biz ona yol göstərdik” (İnsan, 3). Bu ayənin açıq mətninə əsasən “Biz istəyənlərə yolları göstəririk”. Bir dost dedi ki, biz tükənmişik, ümidsizlik və şübhə içindəyik.

Amma yol bağlı deyil. Bir az diqqət və xatırlamaqla həm məhəbbət, həm gözəllik, həm də ağıl və düşüncə vasitəsilə Allaha çata bilərsiniz.

Ümid edirəm ki, Uca Allah bizi insan səadətinə aparan yol olan Özünə yaxın olmaq məqamına çatmaqda mümkün qədər müvəffəq etsin./iqna