Alimlər kainatda mövcud olan ulduzların ümumi sayını təyin ediblər

Alimlər kainatda mövcud olan ulduzların ümumi sayını təyin ediblər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

    İnsan təmiz gecə səmasında 6000-ə yaxın ulduz görə bilər. Lakin bu, mövcud olan bütün ulduzların ümumi sayının çox kiçik bir hissəsidir. “Ulduzların çoxu elə uzaq məsafədə yerləşirlər ki, biz onları görə bilmirik. Buna baxmayaraq alimlər kainatda mövcud olan ulduzların ümumi sayının təyin olunması üçün üsul tapıblar” – deyə mütəxəssislər qeyd ediblər. Kainatda ulduz qruplarından, planetlərdən, qazdan və tozdan ibarət qalaktikalar mövcuddu. Yer kürəsi spiral formasında olan Süd Yolu qalaktikasında yerləşir. Kainatda fərqli formaya sahib qalaktikalar da mövcuddur. Məsələn onlar elliptik formaya sahib ola bilərlər. Kainatda mövcud olan ulduzların ümumi sayını təyin etmək üçün ilk öncə mövcud qalaktikaların ümumi sayını təyin etmək lazımdır. Məlumata əsasən astronomlar səmanın böyük olmayan hissələrinin detallı fotolarını çəkirlər və həmin fotolarda əks olunmuş qalaktikaların saylarını təyin edirlər.

    Əldə edilmiş ümumi say bütün səmanı əks etdirmək üçün lazım olan fotoların ümumi sayına vurulur. Hesablamalara əsasən kainatda 2 trilyon qalaktika mövcuddur. Lakin alimlər mövcud olan 2 trilyon qalaktikada hansı sayda ulduzun olduğunu bilmirlər. Həmin ulduzların çox hissəsi o qədər uzaq məsafədə yerləşir ki, onları müşahidə etmək qeyri-mümkündür. Lakin alimlər Süd Yolu qalaktikasında olan ulduzların ümumi sayını təqribi olaraq təyin edə bilərlər. Süd Yolu qalaktikasındakı ulduzlar müxtəlif ölçülərə və rənglərə sahibdirlər. Məsələn bizim Günəş ağ rəngə, orta kütləyə və orta ölçüyə sahibdir və onun temperaturu 15 milyon dərəcə Selsi təşkil edir. Yüksək kütləyə və temperatura sahib olan ulduzların əksəriyyəti mavi rəngdə olur./technote