Alimlər hansı bakteriyanın Marsda sağ qala biləcəyini öyrəniblər

Alimlər hansı bakteriyanın Marsda sağ qala biləcəyini öyrəniblər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Alimlər tərəfindən aparılmış yeni tədqiqata əsasən bakteriya növlərindən biri Mars planetində sağ qala bilər. Alimlər müəyyən müddət ərzində çay göbələyini analiz ediblər. Bu üsul ilə onlar çay göbələyinin tərkibini təşkil edən bakteriyaların Mars şəraitində sağ qala bilib-bilməyəcəklərini öyrənməyə çalışıblar. Çay göbələyi məşhur içki növüdür və o, maya göbələkləri və müxtəlif bakteriyaların istifadəsi ilə hazırlanır. Faktiki olaraq sözügedən içki simbiotik orqanizmlərdən ibarətdir. Aparılmış yeni tədqiqat onu göstərib ki, çay göbələyinin tərkibinə daxil olan bakteriya növlərindən biri süni şəkildə yaradılmış Mars şəraitində sellüloza ifraz edərək sağ qala bilib.

    Çay göbələyinin tərkibinə daxil olan digər bakteriyalar isə məhv olublar. Bir neçə il bundan öncə çay göbləyi BKS-dəki (Beynəlxalq Kosmik Stansiya) tədqiqatlarda istifadə edilmişdi. Həmin vaxtda alimlər anlamaq istəyirdilər ki, çay göbələyini təşkil edən orqanizmlər və onların geniş strukturları Yer kürəsindən tamamilə fərqli şəraitə necə reaksiya verəcəklər? Kosmosda keçirilmiş təcrübələrdən sonra çay göbələyinin tərkibini təşkil edən orqanizmlər Yer kürəsinə geri göndərilmiş və Yer kürəsində xüsusi laboratoriya şəraiti çərçivəsində yaradılmış Mars şərtləri altında həmin orqanizmlər üzərində təcrübələr davam etmişdi.

 “Bizim tədqiqatımız onu göstərib ki, çay göbələyini təşkil edən mikroblar naməlum şəraitdə ciddi şəkildə zərər çəkiblər. Lakin sellüloza ifraz edə bilən Komagataeibacter adlı bakteriya növü sağ qalmağı bacarıb” – deyə alimlərdən biri qeyd edib. Alimlərin fikirlərinə əsasən sözügedən bakteriya növünə tamamilə fərqli şəraitdə sağ qalmağa yardım olan faktor məhz sellülozadır. “Biz düşünürük ki, sellüloza yadplanetli həyat növünün axtarışlarında istifadə edilə biləcək faktorlardan biridir” – deyə alimlər qeyd ediblər./technote