Alimlər Everestdəki buzların sürətlə əriməsini qeydə alıblar

Alimlər Everestdəki buzların sürətlə əriməsini qeydə alıblar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ-ın Men ştatında yerləşən universitet alimləri müəyyən edib ki, Everest dağındakı buzlaq hər il onilliklər ərzində yığılmış buzları sürətlə itirir. 

Mütəxəssislər bunu antropogen iqlim dəyişikliyi ilə əlaqələndirir.

Tədqiqatçılar dağın zirvəsindəki buz kütləsinin təhlilindən və yüksək dağlıq ərazilərdə quraşdırılan avtomatik meteostansiyaların qeydə alınan məlumatlardan istifadə edərək bu qənaətə gəliblər.

Məlum olub ki, buz kütlələri qlobal temperaturun artmasına xüsusilə həssasdır və sürətlə əriyir. Bu, eyni zamanda uçqun riskinin artdığını göstərir.

Həmçinin buzların əriməsi ilə əlaqədar içməli su ehtiyatları azalır.

Alimlər buzlaq üzərində daimi qar örtüyünün yox olması nəticəsində dağda buzun seyrəlmə sürətinin ildə iki metrə yaxın olduğunu iddia ediblər.

Mənbə: Umaine.edu