Avropa İttifaqı Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlər üçün Beynəlxalq İanə Konfransı təşkil edəcək.
Konfrans martın 20-də keçiriləcək.
Konfransda Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və İsveçin baş naziri Ulf Kristersson təqdimatla çıxış edəcəklər.
“Həmrəyliyimiz zəlzələdən sonrakı ilk saatlarda olduğu kimi davam edəcək. Türkiyə və Suriya xalqlarına söz veririk ki, bu uzun yolda onlarla birlikdəyik. Həyatını itirənlərin xatirəsini ehtiramla yad etmək üçün sizi zəlzələ qurbanlarına daha yaxşı gələcək qurmağa dəvət edirəm”, – deyə Lyayen bildirib./qafqaz