Ağcaqanadların yeni xüsusiyyətləri aşkarlanıb

Ağcaqanadların yeni xüsusiyyətləri aşkarlanıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ağcaqanadların mikroplastik daşıyıcısı olduğu ortaya çıxıb.

Rusiyalı alimlər bu qənaətə gəliblər.

Tomsk Dövlət Universiteti Bioloji İnstitutunun mütəxəssisləri ağcaqanadların mikroplastiklərə dözümlülüyünü qiymətləndiriblər.

Tədqiqatda sarı zökəm ağcaqanadları iştirak edib.

Alimlər ağcaqanadların mikroplastikləri toplaya və onu su anbarından başqa mühitə keçməsinə təsir göstərə biləcəyini sübut ediblər.

Təcrübə zamanı məlum olub ki, rəngli polistirol (ağcaqanadların qidasına əlavə edilən polimer) həşəratların bağırsaqlarında toplana bilir. Başqa sözlə, mikroplastiklər qida ilə qəbul edildikdə, ağcaqanadların bədənində çox miqdarda toplanır və onları daşıyıcıya çevirir./oxu