Ağbulaq rayonunun Kosalar kəndində Hz. İmam Mehdinin (ə) təvəllüdü münasibəti ilə bayram tədbiri keçirilib.
Kəndin mərasim zalında keçirilən tədbirdə ruhanilər və kənd sakinləri iştirak edib. Tədbir Qurani-Kərimin tilavəti ilə açıq elan olunduqdan sonra zamananın imamı Hz. Mehdinin (ə) həyatı, məqamı və missiyası haqqında söhbətlər edilib, şeirlər söylənilib.
Bayram süfrəsi ətrafında keçirilən mərasim dua oxunmaqla sona çatıb.
Sonda iştirakçılarına poster və jurnallar hədiyyə olunub.