ABŞ hökuməti Huawei barəsində yeni istintaqa start verib: Şirkət hərbi casusluqda günahlandırılır

ABŞ hökuməti Huawei barəsində yeni istintaqa start verib: Şirkət hərbi casusluqda günahlandırılır

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ hökuməti Çinin telekommunikasiya və smartfon istehsalçısı olan Huawei şirkəti barəsində yeni istintaqa start verib. Start verilmiş yeni istintaq isə ABŞ-da mövcud olan mobil şəbəkə qüllələrində olan Huawei təchizatlarının Çin hökuməti üçün casusluq etdiklərinə dair şübhələrlə bağlıdır. ABŞ hökumətinin fikrincə mobil şəbəkə qüllələrində olan Huawei təchizatları hərbi bazalar və raket mədənləri barəsində konfidensial məlumatları yığırlar. Bu barədə Reuters saytı xəbər verib. ABŞ hökuməti düşünür ki, Huawei şirkəti bu cür təchizatlar vasitəsilə hərbi təlimlər, hərbi bazaların hansı hazırlıq səviyyəsində olduqları və hərbi bazalarda fəaliyyət göstərən şəxslər barəsində sirli məlumatları əldə edə bilər. Bu barədə məlumatı Reuters saytının anonim mənbələrindən biri verib. Məlumatda qeyd edilib ki, aparılan istintaq konfidensial xarakter daşıyır və milli təhlükəsizliyi əhatə edir.

    Sözügedən istintaq ABŞ Ticarət Nazirliyi tərəfindən 2021-ci ilin aprel ayında başladılıb. İstintaqa start veriləndən sonra Huawei təmsilçiləri məhkəməyə dəvət olunublar. Məhkəmə çərçivəsində isə Huawei təmsilçiləri şirkətin mətnli mesajlar və geolokasiya məlumatları da daxil olmaqla konfidensial məlumatların ötürülməsi siyasəti barəsində ətraflı məlumat verməli idilər. Bundan əlavə olaraq Huawei-dən ABŞ-ın istənilən telekommunikasiya şirkətinə satılmış təchizatların kataloqunu təqdim etmək tələb edilib. Reuters saytının ABŞ Ticarət Nazirliyinə bu məsələ ilə bağlı göndərmiş olduğu sorğuya nazirlik cavab olaraq qeyd edib ki, o, aktual olan istintaqları təsdiqləmək və ya təkzib edə bilməz.

Huawei isə öz növbəsində ABŞ hökuməti tərəfindən olan bu günahlandırmaları qəti şəkildə təkzib edir. Huawei və digər Çin şirkətlərinin tərəfini həmçinin Vaşinqtondakı Çin səfirliyi adından Pekin də saxlayır. “ABŞ hökuməti milli təhlükəsizlik və dövlət hakimiyyəti konsepsiyalarından sui-istifadə edərək Huawei və digər Çin şirkətlərini boğmağa çalşır. Bununla belə ABŞ hökuməti həmin şirkətlərin ABŞ və digər ölkələrin milli təhlükəsizliklərinə ciddi təhlükə mənbəyi qismində çıxış etdiklərinə dair tutarlı sübutlar təqdim etmir” – deyə Çinin ABŞ-dakı səfirliyi qeyd edib. Əgər ABŞ Ticarət Nazirliyi Huawei şirkətinin milli təhlükəsizlik üçün təhlükə daşıdığı qərarını versə, şirkəti yeni və daha sərt sanksiyalar gözləyir. Bu halda Ticarət Nazirliyi ABŞ şirkətlərinə Huawei ilə istənilən əməliyyatların keçirilməsinə qadağa qoya bilər./technote