Peyvənd, arı sürfələrini hədəf alaraq, yumurtaların çürüməsinə səbəb olan bakteriyalara qarşı hazırlanmışdır.
Peyvəndi hazırlayan şirkət bu həftə ABŞ Kənd Təsərrüfatı Departamentindən şərti icazə aldığını açıqladı.
Təbiətdə son illərdə sayı azalan arılar tozlandırıcı xüsusiyyətləri ilə ekosistemdə çox mühüm rol oynayırlar.
Peyvəndi hazırlayan “Dalan Animal Health” şirkətinin baş direktoru Annette Kleiser, bu peyvəndin bal arılarının qorunması sahəsində inqilab edə biləcəyini söylədi.
Peyvənd kraliça arıya bakteriyanın təsirsiz hala salınmış versiyasını ehtiva edən gellə yedizdiriləcək və onun sürfələrində bakteriyaya qarşı immunitet yaradacaq.
ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, ölkədə bal arısı koloniyaları 2006-cı ildən bəri azalır.
Nazirlikdən bildirilib ki, bunun səbəbləri arasında parazitlər, xəstəliklər və işçi arıların ana arıları tərk etməsi halları vardır!
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, arılar, quşlar və yarasalar kimi tozlandırıcılar qlobal məhsul istehsalının üçdə birini təşkil edir.