ABŞ-da quruyan çayda dinozavr izləri aşkarlanıb

ABŞ-da quruyan çayda dinozavr izləri aşkarlanıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ-ın Texas ştatında misli görülməyən quraqlıq böyük çaylardan birinin qurumasına səbəb olub.

Çay yatağı quruduğu üçün 113 milyon illik dinozavr ləpirləri üzə çıxıb. Suyun altında qaldığı üçün izlər çox yaxşı mühafizə olunub.

Ekspertlərin dediyinə görə, bu, dünyadakı ən uzun dinozavr ləpiri ola bilər. Bu izlərin Acrocanthosaurus növündən olan dinozavra aid edildiyi güman edilir. Bu canlıların uzunluğu 5 metr, kütləsi təqribən 7 ton olub.