ABŞ 4 min illik qədim artefaktları İraqa qaytarır

ABŞ 4 min illik qədim artefaktları İraqa qaytarır

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ İraqdan qeyri-qanuni yolu ilə çıxarılmış iki qiymətli əsəri İraqa təhvil verəcək.

Bu açıqlama ilə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhhaf çıxış edib.

O qeyd edib ki, yanvarın 20-də yaşı 4 000 ildən çox olan iki artefakt İraq Respublikasının Los-Ancelesdəki Baş Konsulluğuna təhvil veriləcək.

Əs-Səhhaf qeyd edib ki, birinci artefakt qədim Şumer şəhəri Ura aid mixi yazı (mixi yazını gil lövhəciklər üzərində mıxla yazırdılar.red) lövhəsidir, ikincisi isə Qədim Babil dövrünə aid mixi yazının fraqmentidir.

Mənbə: INA agentliyi