9 APREL FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ YAD OLUNUB(FOTO)

Ötən illərdə olduğu kimi bu gün də Gürcüstan Müsəlmanları idarəsinin şeyx və müftisi ruhanilərdən ibarət nümayəndə heyəti ilə birgə Parlament binasının qarşısında 9 aprel faciəsinin qurbanlarına həsr olunmuş abidənin önünə əkil qoyub.

Sonra Tbilisidə yerləşən Alulbeyt Mərkəzində BGMİnin nəzdində fəaliyyət göstərən Gürcüstan Müsəlman Qadınlar İcmasının iştirakı ilə anım mərasimi keçirilib.
Tədbirdə öncə 9 aprel hadisəsini əks etdirən tarixi videoçarx nümayiş etdirilib. Hadisə qurbanları yad edilib. Sonra Gürcüstan Müsəlman Qadınlar İcmasının üzvləri Zərqələm Cəfərova, Canabəyim Mamedova, Sevda Səfərova, Səbinə Rzayeva, Gülsəfa Əliyeva və Rəna Rüstəmovaya çıxış üçün söz verilib . Çıxış edənlər yaddaşlarda yaşayan 9 aprel tarixi qəhrəmanlığı, səbəbi, mahiyyəti haqda çıxış ediblər. İslam dininə görə vətən sevgisi və vətənin müstəqilliyinin və qorunmasının önəmi haqqında danışııblar.
Sonda ölkəlimizdə sülh və əminamanlığın, azadlıq və süverenliyin əbədi olmasına, işğala məruz qalan torpaqlarımızın azad olunması və ölkələmizin bolluq və firavan gələcəyi üçün dualar edilib.