45 METR: OKEANDA NƏHƏNG CANLI PEYDA OLUB

Sualtı tədqiqat gəmisi tərəfindən kəşf edilən kəndir formalı heyvan zooid adlanan daha kiçik canlıların birləşməsindən ibarətdir.

Alimlər bildirdilər ki, ən uzun canlı  Avstraliyanın şimal-qərbindəki Ningaloo çimərliyində aşkar edildi.
Qərbi Avstraliya sahillərində sualtı qayıq tərəfindən kəşf edilən sifonofor, “zooidlər” adlanan daha kiçik canlıların birləşərək müxtəlif orqanlar əmələ gətirdiyi və okeanın dibinə spiral şəkildə yayıldığı kəndir formalı heyvandır.
Guardian-ın hesabatına görə, spiral quruluş sifonoforun qidalanmasına kömək edir, çoxlu çadırları ilə suda ölüm divarı yaradır, xərçəngkimilər və balıqlar da daxil olmaqla kiçik canlıları tələyə salır.
Kəşf haqqında danışan tədqiqatçı Nerida Uilson dedi: “Sifonoforlar müxtəlif funksiyaları yerinə yetirən orqanlara malik bir bədən kimi ənənəvi şəkildə böyümək əvəzinə, zooidlər adlanan ayrı hissələrdən ibarətdir. Bəzi zooidlər qidalanma, bəziləri çoxalma üçün məsuliyyət daşıyır. Başqalarıda heyvanı suda hərəkət etdirib bələdçilik edirlər”.

Mavi balinadan daha uzun

Sualtı gəminin tədqiqatına əsaslanan hesablamaya görə, spiral formalı sifonofor indiyə qədər rast gəlinən ən uzun canlı olmağa namizəddir. Təxminən 45 metr (150 fut), mavi balinadan çox uzun, hətta indiyə qədər ölçülən ən uzun heyvan ola bilər.
Hələlik heç bir dünya rekordu iddiası ilə çıxış etmək istəməyən Wilson sifonoforun ölçüsünü daha dəqiq hesablamaq üçün fotoqrammetriya mütəxəssisi ilə işləyir. Videodan üçölçülü məlumatı çıxarmaq asan məsələ deyil, çünki sifonoforlu sualtı qurğu gəminin itələyicilərinin ardınca hərəkət edir. “Adətən fotoqrammetriyada sabit bir cismin üzərində irəli-geri gedirsən” deyir Wilson, “texniki cəhətdən bir az daha çətin olur.”
Sualtı qayığın müxtəlif yerlərindəki ekranlardan sifonoforu seyr edən komanda, nəhəng spiral görünəndə göyərtəsində olan hər kəsin eyni vaxtda heyran qaldığını və heyrətə gəldiyini təsvir etdi. Daha yaxşı mənzərəni görmək üçün hamısı nəzarət otağına axışdılar. Uilson deyir: “Bu, çox yaxşı enerji idi. Hamı “bu nədir?” deyirdi”.

Mənbə: Haberglobal