37-ci beynəlxalq “İslam Vəhdəti” konfransı yekunlaşıb(Foto)

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində təşkil olunan 37-ci “İslam Vəhdəti” beynəlxalq konfransı bu gün yekunlaşıb.

“Ortaq dəyərlərin əldə olunması yönündə İslami əməkdaşlıq” başlığı altında keçirilən 3 günlük konfransın sonunda yekun bəyanat qəbul olunub.

Bəyanatda Quran ətrafında birləşməyə dəvət, Quranın təlimi sahəsində əməkdaşlıq və İlahi kitaba edilən hörmətsizlik qınanılması da yer alıb.