2030-cu ildə dünya çempionatı üç qitənin altı ölkəsində keçiriləcək. – The Athletic məlumatı FİFA-ya əsaslanaraq yayır.
2030-cu il dünya çempionatının əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. İlk dünya çempionatının 100 illiyini qeyd etmək üçün turnirin ilk üç matçını Uruqvay, Argentina və Paraqvay keçirəcək.
Bu, tarixdə yeganə dəfə olacaq ki, dünya çempionatı üç qitədə eyni vaxtda keçiriləcək. Bütün altı ev sahibi ölkə seçmə olmadan avtomatik olaraq püşkatmaya vəsiqə qazanacaq.
Dünya çempionatı ilk dəfə 1930-cu ildə Uruqvayda keçirilib. Final görüşündə Uruqvay Argentinanı 4:2 hesabı ilə məğlub edib./1tv